Bu gün futbol bayramı var

bu-gun-futbol-bayrami-var
Oxunma sayı: 649

“Qafqazinfo xəbər verir ki, gecənin ən maraqlı qarşıdurması bu ilin final görüşünün keçiriləcəyi “Uebli” stadionunda olacaq. “Arsenal” “Bavariya”nı qəbul edəcək. Keçən il finala qədər gələn, son mərhələdə “Çelsi”yə məğlub olan “Bavariya” bu il də ən azından həmin nailiyyəti davam etdirmək niyyətindədir. Təcrübəli Arsen Venger və onun topçuları da bu mərhələyə kimi əbəs yerə gəlmədiklərini almanlara göstərmək istəyirlər.

Başqa maraqlı qarşlaşma isə Portuqaliyada olacaq. “Porto” öz meydanında “Malaqa”nı məğlub etməyə çalışacaq. Qrupunu lider tamalayan ispan klubu olduqca iddialıdır. Bir-birindən maraqlı bu iki görüş bu gecə Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İqbal