“Bu gün sizdən rüşvət almırlarsa...” - Saakaşvili

bu-gun-sizden-rusvet-almirlarsa-saakasvili
Oxunma sayı: 650

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, Kutaisidə müəllim və tələbələr qarşısında çıxış edən prezident ona qarşı hücumların dəbdə olduğunu deyib: “Mən bilirəm ki, bu gün məni və “Milli Hərəkat”ı təhqir etmək dəbdədir. Lakin mən bildirmək istəyirəm ki, bu gün işıq varsa, sizdən rüşvət almırlarsa, bu gün oğrular yoxdursa, gürcü ailələrinin 80 faizinin əsas qidasını çörək və kartof təşkil etmirsə, bunun hamısına mən və “Milli Hərəkat” nail olub. Mən bununla fəxr edirəm və bu realdır, virtual Gürcüstan deyil”.