Bu gündən orta təhsil bazasında ərizə qəbulu başlanır

bu-gunden-orta-tehsil-bazasinda-erize-qebulu-baslanir
Oxunma sayı: 645

Abituriyentlər internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdiyi iş nömrəsi və şifrini; ümumi orta təhsil haqqında şəhadətnamənin əslini (ümumi orta təhsil bazasında təhsilini 2009-cu və ya ondan əvvəlki illərdə başa vurmuş şəxslər bu sənədlə yanaşı təhsil aldıqları müəssisədən attestat almadıqları haqqında arayışı – Forma 6t); təhsil aldıqları müəssisədən ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamənin nömrəsi göstərilən və fotoşəkli olan arayışı – Forma 7t (arayışda fotoşəkil təhsil müəssisəsinin möhürü ilə təsdiqlənir); şəxsiyyəti təsdiq edən sənədin əslini: a) şəxsiyyət vəsiqəsini (2011-ci il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnaməni təqdim edə bilərlər); b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəni; yeni çəkilmiş hamısı eyni olan 3x4 sm ölçüdə iki ədəd fotoşəkli (ağ fonda, rəngli) təqdim etməlididrlər.

Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verəcəklər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunacaq.

Nigar Məmmədli