Bu ilin büdcəsində neftin qiyməti artırılacaq

bu-ilin-budcesinde-neftin-qiymeti-artirilacaq
Oxunma sayı: 1248

“2018- ci ilin dövlət büdcəsi haqqında” sənəddə neftin qiymətinin 55 ABŞ dollarına çatdırılaması  nəzərdə tutulur.

“Qafqazinfo”nun  əldə etdiyi məlumata görə, 2018- cil ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin bir barelinin  satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artıralaraq 55 ABŞ dollarına çatdırılmasını nəzərdə tutur.

 Qeyd edək ki, sənədə iyunun 29-da keçiriləcək növbədənkənar iclasda  baxılacaq.

Bunun  müqabilində cari ilin sonunadək Dövlət Neft Fonduna əlavə olaraq gözlənilən 5600 milyon manat daxilolmaların 1750 milyon manatının  dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi  və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 milyon manat artırılması, 2018- ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid  xəzinə hesabına qalığından 31 milyon manat istifadə edilməsi nəzərdə tutulur.

Günel Türksoy