Bu küçə təmir edildi - Video

bu-kuce-temir-edildi
Oxunma sayı: 3349

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib.

“Qafqazinfo”nun məlumatına görə, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu  570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir.

Qeyd edək ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1.7 km-lik hissəsi təmir edilmişdi.