Bu qız nə edir? – Facebook “senzura”sı

bu-qiz-ne-edir-facebook-senzurasi
Oxunma sayı: 719

İnternet vasitəsi ilə yayımlanan jurnallardan biri “Facebook”u sınamaq qərarına gəlib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir Ki, bunun üçün “Theories of the Deep Understanding of Things” adlı jurnalın redaksiyası “Facebook”un senzurasının sərhəddini və həmçinin, bu sosial şəbəkənin adminlərinin nə qədər diqqətli olub-olmadığını yoxlamaq istəyib. Bu məqsədlə də “Facebook”a hamam vannasında uzanmış bir qadın fotoşəkili yükləyiblər.

İlk baxışdan foto insanı aldadır və sanki sinəsinin tam açıq olduğu təsəvvürü yaranır. Buna görə də şəkil yüklənəndən az sonra “Facebook” adminləri həmin fotonu silirlər.

Əslində, bu fotoda heç də qadının sinəsi görünmür. Fotoda görünən qadının sinəsi yox, sadəcə dirsək və çiyinləridir. Diqqətlə baxdıqda bunu aydın şəkildə görmək mümkündür.

Foto silindikdən sonra isə jurnal bunu test üçün etdiklərini açıq şəkildə bildirib və Facebook səlahiyətlilərini ələ salıblar.