“Bu xalqın taleyini girov qoymaq olmaz”

bu-xalqin-taleyini-girov-qoymaq-olmaz
Oxunma sayı: 629

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan tərəfi vaxtaşırı müəyyən bir bəhanə axtarıb taparaq danışıqlar prosesini uzatmağa nail olmamalıdır. Buna görə də həmsədrlərdən bizim istəyimiz və tələbimiz ondan ibarətdir ki, ili ilə satmağa dəyməz. Neçə illərdir ki, onlar bu istiqamətdə danışıqlar aparırlar, lakin bu danışıqların hələlik real bir nəticəsi yoxdur", - Məmmədov əlavə edib.

PA rəsmisi deyib ki, münaqişənin belə vəziyyətdə, həll olunmamış qalması mümkün deyil.

"Azərbaycan əraziləri mütləq azad olmalıdır. Mənim də şəxsən fikrim ondan ibarətdir ki, bu nə qədər tez olsa, Ermənistanın bir dövlət kimi və erməni millətinin gələcək taleyi müəyyən mənada təminat ala bilər. Vəziyyət belə qalarsa, Ermənistan dövlətinin də, bu millətin də gələcəyi sual altında olacaq", - Məmmədov qeyd edib.

Həmsədrlərin yeni təklifləri ilə bağlı məsələyə münasibət bildirərkən Məmmədov qeyd edib ki, "Madrid prinsipləri" deyilən prinsiplər var, bununla bağlı müəyyən sənədlər də qəbul edilib.

"Bu prinsiplər çərçivəsində bəhanə axtarmaq yox, münaqişənin konstruktiv həllinə nail olmaq lazımdır. Ermənistan rəhbərləri bununla bağlı özlərində iradə tapmalıdırlar. Bu xalqın, bu ölkənin taleyini girov qoymaq olmaz. Onlar erməni millətinin, erməni dövlətinin taleyini öz maraqlarına qurban verərək özlərini hakimiyyətdə saxlamaq üçün danışıqlar prosesini müəyyən bəhanələr tapmaqla uzadırlar. Bu da onların faciəsidir", - PA rəsmisi qeyd edib.