Büdcədənkənar vəsaitlər haqda əsasnamə təsdiq olundu

budcedenkenar-vesaitler-haqda-esasname-tesdiq-olundu
Oxunma sayı: 2742

Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”ni təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu əsasnamənin təsdiqi ilə bağlı verilən qərara görə “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarının 1-ci və 2-ci hissələri ləğv edilib.