Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - Bütöv mərtəbə boşaldıldı

bulent-ersoy-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 6232

Türkiyəli müğənni Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, bu barədə “Popstar 2018” verilişinin prodüseri və aparıcısı Osmantan Erkır məlumat yayıb.

O bildirib ki, B.Ərsoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib:

““Diva”nın “Popstar 2018”in canlı yayımına çıxıb-çıxmayacağı bilinmir. Həkim növbəti günlərdə qərarını verəcək. Ümid edirik bizimlə olacaq”.

Qeyd edək ki, B.Ərsoyun yerləşdirildiyi palatanın olduğu mərtəbədə bütün otaqlar boşaldılıb və xəstələr digər mərtəbələrə köçürülüblər.