Ulviranın əri boşanmalarından danışdı

ulviranin-eri-bosanmalarindan-danisdi
Oxunma sayı: 689

Milli.Az-ın məlumatına görə, bunu Trend Life-a T.Dağlı bildirib. O, boşanmayacaqlarını söyləyib.

Xatırladaq ki, Ulvira Tərlanla sözlərinin tutmadığını deyərək boşanmağa qərar vermiş, qərarının qəti olduğunu söyləmişdi.

"Hər ailədə problem olur. Bizdə bütün problemlər arxada qalıb. Təəssüf ki, olanlar KİV tərəfindən çox şişirdilmişdi. Ulvira ilə aramızda ciddi söhbət oldu və bütün problemləri yoluna qoyduq. Ailəmizi qoruyub saxladıq. Səhhətimə gəlincə, yaxşılaşıram. Jurnalistləri toplayaraq hər şeyə aydınlıq gətirəcəyəm", - deyə Tərlan bildirib.

Bir müddət əvvəl iki dəfə ard-arda bıçaqlanaraq xəstəxanaya düşmüş meyxanaçı guya intihara cəhd etdiyinə dair deyilənlərin də həqiqət olmadığını söyləyib: "Polis bunu bilir və təhqiqat gedir. Naməlum şəxslərin mənə hücumu müşahidə kameralarına düşüb. 3-4 nəfər idilər. Hər iki hücum Yasamal rayonunda olub – birincisi keçmiş 5 saylı çörək zavodunun yaxınlığında, digəri Yasamal qəbristanlığının yanında. Hər iki faktla bağlı cinayət işi qaldırılıb".