Bundan sonra “Huawei”də “Gmail”, “Chrome”, “Youtube” işləməyəcək

bundan-sonra-huaweide-gmail-chrome-youtube-islemeyecek
Oxunma sayı: 1898

ABŞ-ın Çinə qarşı tətbiq etdiyi sanksiyalar telekommunikasiya nəhəngi “Huawei” şirkətinə baha başa gəlib.

“Qafqazinfo” xəbər verir ki, artıq “Huawei” markalı mobil telefonlara “Android” yenilənməsi gəlməyəcək. Bu səbəbdən “GooglePlay”, “Gmail”, “Chrome”, “Youtube” və s. kimi tətbiqetmələr bu markalı telefonda işləməyəcək.

Google və İntel şirkətləri artıb bununla bağlı bəyanat yayıb. Belə ki, artıq telefonlarda Android yenilənməyəcək və əməliyyat sistemi yeni modellərə yüklənməyəcək. Ancaq bu günə kimi “Huawei” telefonlarını almış şəxslər “Google Play” və digər tətbiqlərindən istifadə edə biləcəklər. 

“Huawei” müştərilərini cəlb etmək üçün yenidən öz əməliyyat sistemini yaratmalıdır.