Buraka livanlı fanatlar hücum etdi - Video

buraka-livanli-fanatlar-hucum-etdi
Oxunma sayı: 2076

Rumıniya və Qazaxıstanda sonra Livana gedən Türkiyənin məşhur aktyoru Burak Özçivit pərəstişkarlarının hücumuna məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, minlərlə fanatın aktyorun olduğu ticarət mərkəzinə gəlməsi izdihama səbəb olub.

O, tədbirin keçirildiyi məkana əsas girişdən girməyə çalışsa da, buna nail ola bilməyib.  Qarajdan mərkəzə daxil olan Burak yenə çətin anlar yaşayıb.  Pərəstişkarlarının arasında qalan Burak bir mağazanın deposuna aparılıb və iki saat orada qalıb. 

Daha sonra livanlı əsgərlərin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb.