“Bütün mənzillərə qaz sayğacı qoyulsa da, bizə imtina etdilər...”

butun-menzillere-qaz-saygaci-qoyulsa-da-bize-imtina-etdiler
Oxunma sayı: 1003

“Ərazidə bütün mənzillərə qaz sayğacı qoyulub, mənə isə imtina məktubu verilir”.

Bu sözləri Bakı sakini Vaqif ismayılov“Qafqazinfo”ya müraciətində deyib. Şikayətçinin sözlərinə görə, evi Binəqədi rayonu, Biləcəri qəsəbəsi Respublika Baş Dövlət Yol Polisi İdarəsi alt hissəsində yerləşir. Ərazidə 1000-dən yuxarı mənzilə sayğac qoyulsa da, onun evinin neft şirkərinin ərazisində olduğu və bu səbəbdən sayğac qoyulmayacağı bildirilib:

“10 dekabrda sayğac üçün “ASAN” Kammunala müraciət etmişəm və mənə imtina məktubu gəlib. İmtinaya səbəb kimi isə evimin neft şirkətinin ərazisində yerləşməsi göstərilib. 

Energetika Nazirliyindən müfəttişlər gəlib mənim xeyrimə aktlaşdırıblar ki, sayğac olmalıdır. Düşünürəm ki, mənim məsələmə düzgün baxılmır”.

“Qafqazinfo” vətəndaşın şikayəti ilə bağlı "Azəriqaz" İB-nin mətbuat katibi İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, imtina məktubu alan vətəndaş cavabdan razı qalmadığı təqdirdə bir daha quruma şikayət ərizəsi ilə müraciət edə bilər:

“Bu zaman imtinanın səbəbi aydınlaşdırılacaq və məsələ tam qanunauyğun şəkildə öz həllini tapacaq”.

Günel Hacı