“Vəkillər Kollegiyası ləğv edilməlidir” - Mövqe

vekiller-kollegiyasi-legv-edilmelidir-movqe
Oxunma sayı: 714

Bu məsələ ilə bağlı “Qafqazinfo”ya münasibətini açıqlayan Ümid Partiyasının sədr müavini Taleh Əliyev bildirdi ki, baş verən hadisə həm hüquqi baxımdan, həm də mənəvi baxımdan təqdir oluna bilməz: “Hüquqi baxımdan ona görə ki, əgər doğurdan da Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfova hər hansısa bir sənəd lazım idisə, o bunun üçün məktubla müraciət edə və ya telfonla əlaqə saxlaya bilərdi. Vəkillər Kollegiyasının sədr müavininin hansısa bir vəkilin ofisinə gedərək sənəd istəməsi bu qrumun özünədə hörmətsizlikdi. Mənəvi baxımdan da ona görə təqdir oluna bilməz ki, vəkil Aslan İsmayılovun səhhəti ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya getdiyi Fərhad Nəcəfovun nəzərinə çatdırılsada o heç nə olmamış kimi sözü gedən sənədi təkidlə tələb etmiş, əks halda vəkil Aslan İsmayılovu ofisə çağıracağını bildirib. T.Əliyev hesab edir ki, bu, uzun müddət davam edən bir prosesin məntiqi davamıdır: “Bundan əvvəl də digər vəkillərə - Xalid Bağırov, Osman Kazımov, Elçin Namazov və başqalarına qarşı Vəkillər Kollegiyası tərəfindən sərt basqı olub. Onların vəkillik hüququ məhdudlaşdırılıb.
Taleh Əliyev gələcəkdə bu kimi halların baş verməməsi üçün Vəkillər haqqında yeni qanun qəbul edilməlisin və bundan sonra Vəkillər Kollegiyasının ləğv olunmasını deyib. “Vəkillik fəaliyyəti bir xidmət növü olduğuna görə hüquqşunaslar bu peşə ilə məşğul olmaq üçün hansısa bir qurumun qarşısında məsuliyyət daşımamlıdır”, -deyə Ümid funksioneri bildrib.