Vicdan məhbusları üçün kitab aksiyası keçirildi

vicdan-mehbuslari-ucun-kitab-aksiyasi-kecirildi
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, VHP GT sədri Emil Bağırov artıq kampaniyanın başa çatdığını bildirib: “Biz qısa müddət ərzində 150 kitab topladıq. Kitabların arasında müasir Azərbaycan ədəbiyyatından tutmuş rus klassiklərinə qədər müxtəlif əsərlər, elmi, siyasi nəşrlər toplandı. Dünən isə biz topladığımız kitabları gənc vicdan məhbuslarına çatdırılması üçün rəsmi qurumlara təhvil verdik”.

GT sədrinin sözlərinə görə kampaniyanın keçirilməsində qarşıya iki məqsəd qoyulub: “Biz həm onlara mənəvi dəstək olduğumuzu nümayiş etdirdik, həm də zorla təhsildən, ali məktəblərdən təcrid edilən bu yaşıdlarımızın bədii, elmi və siyasi yeniliklərlə tanış olmalarını istədik. Ümidvarıq ki, Azərbaycan gəncliyinin ən intellektli və aparıcı şəxsləri olan gənc vicdan məhbusları ictimai, siyasi və ədəbi proseslərdən dərhal xəbər tutmaqla, məhbəsdən yenə də ən intellektli gənclər olaraq çıxacaqlar. Heç bir təzyiq onların demokratik dəyərlərə sahib olmalarının qarşısını ala bilmədiyi kimi, heç bir həbs də onları təhsildən, maariflənmədən geri qoya bilməz”.

Fatimə Kərimli