“Xalqın haqlı tələblərinin zor gücü ilə yatırılmasına son qoyulsun”

xalqin-haqli-teleblerinin-zor-gucu-ile-yatirilmasina-son-qoyulsun
Oxunma sayı: 666

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda vurğulanır ki, bu unikal gölün demək olar ki, 30 faizi artıq qurudulub. Bu gedişlə gölün tamamilə quruma ehtimalı var ki, bu da bütövlükdə bütün bölgə, xüsusilə Türkiyə və Naxçıvan Muxtar Respublikası üçün ekoloji fəlakət deməkdir. Eyni zamanda bildirilir ki, Güney azərbaycanlıların haqlı etirazına birbaşa onlara dəxli olan nə Quzey Azərbaycan Respublikası, nə Türkiyə Cümhuriyyəti, nə də beynəlxalq təşkilatlar heç bir münasibət bildirmir.

Klassik Xalq Cəbhəsi Partiyası belə hesab edir ki, Urmu gölünün şovinist fars molla rejimi tərəfindən məqsədyönlü şəkildə qurudulması təkcə ekoloji fəlakətlə bağlı deyil, həm də bu rejimin qarşısında ərazidəki əhalini ayrı – ayrı bölgələrə köçürmək siyasəti dayanır: “Bütün bunları nəzərə alaraq Klassik Xalq Cəbhəsi Partiyası bəyan edir ki,
İran İslam Respublikası yetkililəri:
1. Bu ekoloji fəlakətin aradan qaldırılması üçün təcili tədbirlər görsün, xalqın haqlı tələblərinin zor gücü ilə yatırılmasına son qoysun.
2. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti yetkililəri bu ekoloji fəlakətə qarşı öz münasibətlərini bildirsin.
3. Dünya Ekoloji Təşkilatları Urmu gölü bağlı beynəlxalq səviyyədə İran İslam respublikası qarşısında məsələ qaldırsın”.


Fatimə Kərimli