Xarici işlər naziri müxalifətlə görüşdü

xarici-isler-naziri-muxalifetle-gorusdu
Oxunma sayı: 660

“Qafqazinfo” xəbər verir ki, bir saat ərzində keçirilən görüş Şiroton-aeroport hotelində baş tutub. Görüşdə "İnsan Haqları Uğrunda" İctimai Birliyin sədri Eynulla Fətullayevdən savayı, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Leyla Yunus, politoloqlar İlqar Məmmədov və Ərəstun Oruclu iştirak ediblər. “Qafqazinfo”ya açıqlama verən E. Fətullayev, Almaniya nazirinin vətəndaş cəmiyyəti institutlarının rəhbərləri ilə görüşünü yüksək qiymətləndirərək, bunu Azərbaycanda siyasi islahatlara və demokratikləşmə prosesinə Almaniya hökumətinin verdiyi önəmin bariz nümunəsi olduğunu bildirib. Görüşdə ölkəmizdə demokratiya və insan haqları ilə bağlı bir sıra problemlər müzakirə olunub.