“Xəzər Lənkəran” tarixində ilkə imza atmaq istəyirəm”

xezer-lenkeran-tarixinde-ilke-imza-atmaq-isteyirem
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi məlumata görə, komandanın baş məşqçisi Yunis Hüseynov oyun haqqında fikirlərini bildirib.

“Komandam qarşıdakı oyuna tam hazırdır. Hər hansı problemimiz yoxdur. Sözsüz ki, bunu deyəndə zədəli futbolçularımızın olmamasını nəzərdə tuturam. Bütün futbolçular oyunun məsuliyyətini dərk edir və biz sadəcə meydana çıxacağımız saatı gözləyirik”.
Hüseynov baxışa gələn futbolçulardan razı olmadığını qeyd edib: “Avstriyada toplanışda olduğumuz müddətdə baxışa gələn futbolçuların durumu məni razı salmadı. Bizim gözaltı etdiyimiz futbolçular isə digər klublarla anlaşdı. Bununla belə əlimizi yanımıza salmamışıq. Hazırda klub rəhbərliyi əlindən gələni edir ki, qısa müddətdə bu boşluğu doldura bilək”.

Yunis Hüseynov rəqibi yaxşı təhlil etdiyini söyləyib: “Onların iki oyununa baxmışam və deyim ki, yaxşı komandadırlar. Dünən komanda ilə keçirdiyimiz toplantıda rəqibin oyununu birgə analiz etmişik. Artıq futbolçular da “Nomme Kalyu” haqqında məlumatlıdırlar. Bu rəqibi keçəcəyimizə inanıram. Mən “Xəzər Lənkəran”ın tarixində ilkə imza atmaq istəyirəm”.