“Xural”la bağlı daha bir bəyanat

xuralla-bagli-daha-bir-beyanat
Oxunma sayı: 639

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya bununla bağlı bəyanat daxil olub. Bəyanatda bildirilir ki, “Xural” qəzeti nəşr olunduğu gündən azad və müstəqil mətbuat nümunələrindən biri olub: “Lakin hakimiyyətdəki bəzi qüvvələr, xüsusilə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov azad mətbuatın olmasına qarşı fəaliyyətlərini davam etdirmiş və bu qəzetlə bağlı müxtəlif qeyri-qanuni qərarların çıxarılmasına nail olmuşlar. Bu fəaliyyətdə isə onların əlində Mətbuat Şurası xüsusi alətə çevrilmişdir. KXCP hesab edir ki, azad sözün və jurnalistlərin hüquqlarını qorumalı olan Mətbuat Şurasının dövlət məmurlarının himayəçisi və sifarişçisi rolunda çıxış etməsi təəssüfləndirici haldır. Ona görə də bütün demokratik ictimaiyyət bu rejimin əlində alətə çevrilmiş Mətbuat Şurasına qarşı laqeyd qalmamalı və bu kimi hərəkətlərə sərt təpgi göstərməlidir”.

KXCP “Xural” qəzetinə qarşı olan bu təzyiqləri bir daha azad mətbuatı susdurmaq cəhdi kimi qiymətləndirib, qondarma ittihamların və məhkəmə qərarlarının ləğv edilməsini tələb edib, yerli və beynəlxalq ictimaiyyəti baş verənlərə qarşı adekvat addım atmağa çağırıb.