Ya “Qarabağ”, ya ölüm, başqa yol yox artıq

ya-qarabag-ya-olum-basqa-yol-yox-artiq-
Oxunma sayı: 924

Bakıdakı oyunda dəstəksiz qalmamaq üçün "Brügge" klubu paytaxtımıza azarkeş qrupu ilə gəlib.

Ötən gün paytaxtımıza gələn komanda ilə Bakıya 21 azarkeş və 8 jurnalist gətirib.
Bununla belə, ölkəmizdə yaşayan Belçika vətəndaşlarının da axşamkı oyuna gələcəkləri istisna edilmir.

Qeyd edək ki, komandaların ilk qarşılaşmasında Qurban Qurbanovun oyunçuları 4:1 hesabı ilə uduzub.

Q. Qurbanov isə Bakıdadı oyundan öncə cütlüyün taleyinin həll edilmədiyini deyib. Görünən odur ki, bu gün Azərbaycanın Avroliqadakı yeganə təmsilçisi rəqibə böyük hesabla qalib gəlmək üçün əlindən gələni edəcək. Gözləyək görək necə olur.