Byanka fotoları ilə yenidən gündəmə gəldi

byanka-fotolari-ile-yeniden-gundeme-geldi
Oxunma sayı: 5348

Rusiyanın məşhur R&B ifaçısı Byanka instaqramda qalmaqallı fotolarını yayıb. “Qafqazinfo” xəbər verir ki, 31 yaşlı seksual ulduz Maldiv adalarına istirahətə yollanıb. 

O, tətil zamanı çəkilən fotolarını 1 milyona yaxın izləyicisi olan instaqram səhifəsində paylaşıb. 
İfaçının cəsarətli pozaları müzakirələrə səbəb olub.  

Bu məqamda qeyd edək ki, Byanka açıq-saçıq klipləri və cəsarətli fotosessiyaları ilə tez-tez gündəmə gəlir. 

Rusiya mədəniyyət nümayəndələri onun ifasını və həyat tərzini dəfələrlə tənqid edib. Byanka isə özünü R&B sahəsində təsdiqlədiyini vurğulayır.