YAP AKP-nin təbliğat kampaniyasına nümayəndə göndərdi

<b>YAP AKP-nin təbliğat kampaniyasına nümayəndə göndərdi </b>
Oxunma sayı: 172



Yeni Azərbaycan Partiyası (YAP) Türkiyədəki parlament seçkilərində AKP-yə dəstək nümayiş etdirmək üçün nümayəndə heyəti göndərib. “Qafqazinfo”nun məlumatına görə, YAP-ın deputatları Məlahət İbrahimqızı, Mübariz Qurbanlı və Gənclər Təşkilatının sədri Seymur Orucov bu gün Konyaya yola düşüb. Onlar Konyada seçki təbliğatında iştirak edəcək bu ərazidən namizəd olan Əhməd Davudoğlu, Mustafa Kabakçının seçicilərlə görüşlərinə qatılacaqlar. Sabah baş tutacaq görüşlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri iyunun 12-də keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi