Yeddi idmançı Olimpiadadan qaçdı

yeddi-idmanci-olimpiadadan-qacdi
Oxunma sayı: 645

Bu haqda kamerunlu məmurlar məlumat verib. Qaçan idmançılardan 5-i boksçu, digərləri isə üzgüçü və qadın futbolçudur. Ehtimallara görə, onlar İngiltərədə qalmaq üçün Kamerun yığmasını tərk ediblər. İdmançıların harada olduğu məlum deyil.

Olimpiya kəndindən üzgüçü Pol Ekane Edinqu, futbolçu Drusille Nqako və beş boksçu - Tomas Essomba, Kristian Donfak Acufak, Avdon Mevoli, Blez Yempu Mendou və Serj Ambomo qaçıb.
Yoxa çıxmış idmançıların axtarışı davam edir.

Qeyd edək ki, Kamerunun qadınlardan ibarət futbol yığmasının ehtiyat qapıçısı Drusille Nqako hələ London Olimpiadasının başlamasından əvvəl yoxa çıxmışdı.

Ceyhun Əhmədov