Zakir Qaralov idarə rəisini təqaüdə göndərdi

zakir-qaralov-idare-reisini-teqaude-gonderdi
Oxunma sayı: 672

Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Çingiz Məmmədov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər. Həmin idarənin rəisi vəzifəsinə hələlik yeni təyinat yoxdur.

Prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddi 60 yaş müəyyən olunub.