Zamin Hacı falçılığa başladı

zamin-haci-falciliga-basladi
Oxunma sayı: 1930

“Qafqazinfo”nun məlumatına görə, "Yeni Musavat”ın məşhur köşə yazarı Zamin Hacı da “Facebook” profilində saytın yeni dizaynına münasibət bildirib: ““Yeni Musavat” saytında (musavat.com) yeni dizaynda “bölümə keçin" qrafasını tıklayanda "Yazarlar" hətta "Astrologiya" kimi mənasız bölümdən də sonra gəlir :) Özümü çox pis və lazımsız hiss elədim. Sabahdan ulduzlardan yazaq...”

“Yeni-Müsavat” qəzetinin redaktoru Azər Ayxan isə buna “Bizdə heç kim yeniliyə uyğunlaşa bilmir, dərhal hamı tənqid edir” cavabını verib.

Zamin Hacı isə Azər Ayxana belə cavab verib: “Şəxsən mən yeni dizaynı bəyəndim. Amma yazının astrologiyadan sonraya qoyulması jurnalistə xoş gəlməlidirsə hesab edirəm artıq BDU jurnalistika fakültəsində müəllim işləməyə tam hazırsınız”.

Zamin Hacı statusuna yazdığı şərhlərdə artıq bir neçə bürcün ulduz falını da elan edib: “Bu il Qoç bürcu ilə Əqrəblər arasında münasibətlər gərgin olacaq, Dolça burcu İt ilində doğulan Xoruzlara xarici səfər gözlənilir (başlayıram, xeyir-dua verin)”.

“İsa Qəmbər Balıq bürcü olduğu üçün onun linki saytın yuxarısından düşəcək :)”.

“Eşşək bürcündə doğulanlar üçün anqırmağın faydası yoxdur, onlar maliyyə fəaliyyətini gücləndirib Pələng ilində doğulanlarla evlənsinlər və uşaqları Dozanqurdu bürcündə doğulsa məsləhətdir”.

Qeyd edək ki, saytda artıq 5 deyil, 15 manşet xəbəri birbaşa ekranda görünür və onlar bir-iki saniyəlik intervalla bir-birini əvəz edir. Ən yuxarıdakı flaş xəbərlərin sayı da artırılıb. Buraya əsasən gün ərzində baş verən ən yeni və qaynar hadisələrlə bağlı xəbərlər yerləşdiriləcək.