Çamadana girərək sərhədi keçmək istədi- - Foto

camadana-girerek-serhedi-kecmek-istedi-
Oxunma sayı: 2630


“Qafqazinfo” BBC-ə istinadən xəbər verir ki, 8 yaşlı uşaq çamadana girərək Mərakeşdən İspaniyaya keçmək istəyib. 

Hadisə Mərakeş-Seut sərhədində baş verib. Həmin oğlan 19 yaşlı qadının çamadanında olub. 

İspan polisinin məlumatına görə, aşkar edilərkən 8 yaşlı uşağın vəziyyəti pis olub. 

“El Pais” qəzeti yazır ki, həmin uşağın qadınla heç bir qohumluq əlaqəsi yoxdur. Sadəcə oğlanın atası sərhədi keçirmək üçün həmin qadına pul verib. Hazırda uşaq Seutda saxlanılır.