Castin Biber nişan üzüyünə nə qədər pul xərcləyib? - Fotolar

castin-biber-nisan-uzuyune-ne-qeder-pul-xercleyib
Oxunma sayı: 2737

Müğənni Castin Biberlə nişanlanan model Heyli Bolduinin üzüyünün qiyməti məlum olub.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, zərgər Cek Solou "TMZ"yə açıqlamasında üzüyü özünün hazırladığını və qiymətinin 500 min dollar dəyərində olduğunu deyib.

Castinin sifarişini Cekə meneceri Skuter Braun çatdırıb. 

Qeyd edək ki, Castinlə Heyli Baham adalarında kimsənin gözləmədiyi anda nişanlandıqlarını elan etmişdilər.