Cəlilabad-Yardımlı yolu çökdü - Fotolar

celilabad-yardimli-yolu-cokdu
Oxunma sayı: 1910

Cəlilabad-Yardımlı avtomobil yolunda çökmələr baş verib.

“Qafqazinfo” xəbər verir ki,avtomobil yolunun Yardımlı rayonundan keçən bəzi hissələrində torpaq sürüşməsinin təsrindən ərazidə çökmələr əmələ  gəlib. Sürücülərin sözlərinə görə, çökmənin əsas səbəbləri  təpəlik ərazilərdə  yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməyə məruz qalmasıdır. Əvvəllər xırda çatlar olan yolda sürüşmə aktivliyi yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb.

Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq kəndində müşahidə olunur. Burada asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi 1 metr enində qısalıb. Bu da avtomobillərin hər iki istiqamətdə hərəkətini çətinləşdirir.

Yoldakı sürüşmə aktivliyi Yardımlının Çanaqbulaq kəndi ilə yanaşı, Ərsilə və Arus kəndlərində də  müşahidə olunur.