Cəlilabaddakı qız qaçırma olayının – - Təfərrüatları

celilabaddaki-qiz-qacirma-olayinin-
Oxunma sayı: 5264


“Cənub xəbərləri” qəzetinin məlumatına görə, rayonun Ağdaş kənd sakini Sakit Cavadov həmkəndlisini evlənmək məqsədilə qaçırıb. S. Cavadovun atası Söhbət Cavadov qəzetə danışıb ki, oğlu sevdiyi, həmkəndlisi olan qızı qaçırıb. Atanın dediyinə görə, oğlu sevdiyi qızla əvvəlcədən danışıb və qız orta məktəbi bitirməsilə bağlı sonuncu buraxılış imtahanını verdikdən sonra oğlu ilə qaçmağa razılaşıb. Sakit Cavadov da 3 nəfər tanışı ilə birgə qızı qaçırıb və qonşu Privolnye kəndinə aparıb.

Hadisədən xəbər tutan qızın valideynləri iki saatdan sonra qızlarını evə qaytara biliblər. Onlar şikayətçi olublar və 4 nəfər həbs edilib.

Sakitin atasının iddiasına görə, oğlu əvvəl qızı qaçırtmaq istəsə də, sonra tərəddüd edib, onu dostu Rüstəm bu işə təhrik edib.

Lənkəran Şəhər Ağır Cinayətlər üzrə Məhkəmədə keçirilən prosesdə hadisə “adam oğurluğu” kimi tövsif olunub.

Məhkəmənin qərarı ilə Sakit Cavadov 12,6 il, qızı qaçırmaq üçün tutulmuş taksinin sürücüsü Orxan Abdullayev 11 il, digər iştirakçı, Rüstəm Abdullayev isə 7 il müddətinə ciddi rejimli şəraitdə saxlanılmaqla azadlıqdan məhrum ediliblər. Qız qaçıran vaxt Sakit Cavadovun yanında olan Pərviz Məmmədov isə psixi xəstəliyi olduğu üçün məsuliyyətə cəlb olunmayıb.

Sakit Cavadovun atası isə məhkəmənin qərarı ilə razılşamadığını, bu cəzanın ağır olduğunu bildirir.