“Çelsi” “Real”a 35 milyon funt təklif edir

celsi-reala-35-milyon-funt-teklif-edir
Oxunma sayı: 668

“Qafqazinfo”nun “Marka” qəzetinə istinadən verdiyi xəbərə görə, “zadəganlar” argentinalı futbolçu üçün 35 milyon funt ödəməyə hazırdır. 23 yaşlı yarımmüdafiəçi özü də “Çelsi”yə keçməyin əleyhinə deyil. Di Mariyanın Madriddə aldığı məvacibin onu qane etmədiyi və “Çelsi”nin təklifinin futbolçunu razı sala biləcəyi qeyd olunur. “Real”ın baş məşqçisi Joze Mourinyo isə son oyunlarda uğurlu çıxış edən Di Mariyanın satılmasını istəmir.

“Çelsi”nin baş məşqçisi Andre Villaş-Boaş bundan başqa “Portu”dan Halkı, “Napoli”dən Edison Kavanini sərəncamında görmək istəyir.

Qeyd edək ki, Di Mariya bu mövsüm “Real”ın heyətində ən çox məhsuldar ötürmə verən futbolçudur. O, meydana çıxdığı 15 oyunda 14 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Ceyhun Əhmədov