Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına yekun vurulub

cempionlar-liqasinin-iii-tesnifat-merhelesinin-oyunlarina-yekun-vurulub
Oxunma sayı: 638

Lakin bu görüşlərdən yalnız birində meydan sahibləri qələbə qazanıb. Digər iki oyunda isə qonaqlar qalib gəliblər. Burada əsas diqqət çəkən məqam isə Danimarkanın hər iki təmsilçisinin "play-off"a adlaması olub.

Bu axşam isə daha maraqlı görüşlər baş tutub. Azərbaycan tamaşaçısını maraqla gözlədiyi oyunlardan biri də Türkiyədə keçirilib.

Burada “Trabzonspor” klubu Portuqaliyanın “Benfika” komandasını qəbul edib. Səfərdə 0:2 hesabı ilə məğlub olan “Trabzonspor”un işi çox çətin idi. İlk hissədə qapısında top görən "Trabzonspor" klubu fasilədən sonra hesaba tarazlıq gətirsə də, Türkiyə təmsilçisinin bundan artığına gücü çatmayıb.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Xorvatiyanın “Dinamo” klubu da öz meydanında Finlandiyanın HİK komandası ilə qarşılaşıb. Səfərdə 2:1 hesabı ilə qalib gələn “Dinamo” ÇL-in “play-off” mərhələsinin bir addımlığında idi.

Krunoslav Yurçiçin komandası bu şansdan maksimum yararlanıblar. Matçın 90+1-ci dəqiqəsində fərqlənən İbanez komandasına qələbə qazandırıb. Bununla da, "Dinamo" yoluna "play-off"da davam edəcək.

Digər maraqlı görüş isə Kazanda baş tutub. Burada yerli "Rubin" klubu Ukraynanın ən köklü klublarından biri "Dinamo" (Kiyev) komandasını qəbul edib. "Rubin"in səfərdə 2:0 hesabı ilə qələbə qazanması Rusiya təmsilçisi öz meydanında da qələbə sevinib.