Çimərlikdə boğulan məktəblinin meyiti tapıldı

cimerlikde-bogulan-mekteblinin-meyiti-tapildi
Oxunma sayı: 959



“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda dənizdə 1996-cı il təvəllüdlü Taleh Mehman oğlu Ələkbərov batıb. Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. T.Ələkbərovun cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:04-də başa çatıb.