Çindən dollara qarşı yeni həmlə

cinden-dollara-qarsi-yeni-hemle
Oxunma sayı: 1732

Çin qlobal iqtisadiyyatdakı risklərdən yayınmaq üçün dollar rezervlərini qızıla çevirməyə başlayıb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, Çin Dövlət Valyuta İdarəsi fevralda 179 milyon dollar qarşılığında qızıl aldığını açıqlayıb.

Bununla da Çininn altın ehtiyaların dəyəri 79 milyard 498 milyon dollara çatıb.

Qeyd edək ki, 2018-ci ildə bir neçə ölkənin dollardan imtina edərək rezervlərini qızıla çevirməsi nəticəsində qızıla olan tələb 4 faiz artıb.