CNN-Türk vurulan helikopterlə bağlı səhvə görə təkzib verəcək- - Video

cnn-turk-vurulan-helikopterle-bagli-sehve-gore-tekzib-verecek-
Oxunma sayı: 5217


CNN-Türk kanalı vurulan helikopterin Qarabağ ordusuna məxsus olması ilə bağlı yaydığı yanlış xəbərinə görə təkzib verəcək.

Noyabrın 13-də CNN-Türk kanalı Azərbaycan hərbçilərinin Ermənistan ordusunun helikopterini vurması barədə xəbərdə yanlışlığa yol verib. CNN-Türk kanalının reportajında “Azərbaycan Dağlıq Qarabağ əsgərinə aid helikopteri vurdu” deyə yayınlanması Azərbaycanda da etirazla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, elə həmin gün Ankarada olan xeber365.com saytının əməkdaşları CNN-Türk kanalının ofisində olublar. 

Jurnalistər televiziyanın Elçin adlı əməkdaşı ilə əlaqə saxlayaraq bildiriblər ki, helikopterin Ermənistana məxsus olmasını rəsmi İrəvan da təsdiqləyib. İkincisi, Dağlıq Qarabağ dövlət olaraq tanınmayıbsa, necə orduya məxsus ola bilər? Bu separatçı qurumu Azərbaycan torpaqlarını işğal edən Ermənistan da tanımayıb. Belə olduğu təqdirdə, bu cür yanlış xəbər yaymaqda məqsəd nədir? Çünki bu yalan xəbər Azərbaycan-Türkiyə münasibətlərinə də mənfi təsir edə bilər.

Kanalın əməkdaşı araşdırma apardıqdan sonra bildirib ki, xəbəri CNN-Türk-ün İstanbul Bürosu hazırlayib və artiq yanlişlıq barədə xəbərləri olduğu üçün televiziyanin rəhbərliyi bu barədə lazımi tədbirlər görəcək. Belə ki, Bakı vaxtilə saat 21.30-da CNN-Türk kanalının “Ana xəbər” proqramında təkzib verilərək yanlışlıq aradan qaldırılacaq.