Çökən yolla bağlı “Azərsu”dan açıqlama

coken-yolla-bagli-azersudan-aciqlama
Oxunma sayı: 1421

Xəbər verdiyimiz kimi, Sumqayıtın Mehdi Hüseynzadə küçəsində yol çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb. Hadisəyə səbəb kimi həmin ərazidən kanalizasiya xəttinin keçməsi göstərilib.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cabrayıllı “Qafqazinfo”ya bildirib ki, sözügedən ərazidən kanalizasiya xətti keçmir:
“Nümayəndə heyətimiz ərazidə olub və baxış keçirib. Oradan kanalizasiya yox, qaz xətti keçir. Avtomobilin düşdüyü həmin quyu da qaz xəttinin quyusu olub”.

Günel Hacı