“Çox üzgünük” - Martines

cox-uzgunuk
Oxunma sayı: 1112

“Oyunu kiçik detallar həll edəcəkdi. Kiçik şansdan istifadə edən komanda üçün işlər yaxşı gedəcəkdi. Futbolda bir komanda qalib gəlir, digəri uduzur. Önəmli olan futbolcuların son saniyəyə qədər mübarizə aparmaları idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri dünya çempionatının yarımfinalında Fransaya uduzaraq, finala yüksələ bilməyən Belçika komandasının baş məşqçisi Roberto Martines deyib. İspan mütəxəssis turniri yaxşı şəkildə başa vurmağa çalışacaqlarını deyib:

"Bir künc zərbəsi belə üstünlük yaradır. Çox kədərliyik, çünki finala çıxa bilmədik. Futbolçularım yaxşı nəticə ilə mundialı tərk etməyə layiqdirlər. Əslində, oyuna yaxşı köklənmişdik. Nəticə əldə olmayanda üzülürsən".

Qeyd edək ki, Belçika 3-cü yer uğrunda mübarizə aparacaq.