“Cümə” məscidində Xocalı ilə bağlı tədbir olacaq

cume-mescidinde-xocali-ile-bagli-tedbir-olacaq
Oxunma sayı: 798


“Qafqazinfo”nun verdiyi xəbərə görə, İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli  soyqırımın ildönümü ilə bağlı bildirib ki, bu soyqırım erməni vəhşilinin nümunəsi, qəddarlığın ən zirvə nümunalərindən biridir. Bir əsrdir ki, bütün dünyaya «biz soyqırıma məruz qaldıq» yalanını qəbul etdirməyə çalışan bu xalq, 23 il əvvəl özü soyqırım həyata keçirib. 

Hacı Surxay qeyd edib ki, Hz. Rəsulullahın (s) belə bir kəlamı vardır: “Ailəsi uğrunda zülmlə öldürülən şəhiddir. Qonşusu uğrunda zülmlə öldürülən şəhiddir”. Allah torpaqlarımızın müdafiəsi və müstəqilliyimiz uğrunda öldürülən bütün şəhidlərə rəhmət eləsin və bizə də onların şəfaətinə nail olmağa nəsib etsin”. 

Faciənin ildönümü ilə əlaqədar hər il olduğu kimi İçəri şəhər «Cümə» məscidində müvafiq hazırlıq işləri görülüb. Fevralın 26-da icma üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edəcək,  məsciddə bu faciə zamanı,  torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə dualar oxunacaq, ehsan mərasimi təşkil olunacaq. 

Hacı Surxay icma adından bu faciədə şəhid olan soydaşlarımızın ailələrinə. Azərbaycan xalqına baş sağlığı verib.