Dağıstanda naziri oğurlayanlara qarşı - Əməliyyat

dagistanda-naziri-ogurlayanlara-qarsi
Oxunma sayı: 667

Dağıstanda naziri oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, İnşaat və Mənzil Kommunal Xidməti naziri İbrahim Qazıbəyovu oğurlamaqda şübhəli bilinən şəxslər Maxaçqalada tutulublar. Artıq hər iki şəxsə qarşı adam oğurluğu, soyğunçuluq və qanunsuz silah alveri maddələri ilə cinayət işi açılıb. 

Qeyd edək ki, nazir iyulun 20-də naməlum şəxslər tərəfindən silahla hədələnərək oğurlanıb. Daha sonra isə cinayətkarlar Qazıbəyovun azad edilməsi üçün tələb edilən pulun bir hissəsini- 30 milyon rublu alarkən saxlanılıblar.