“Dağlıq Qarabağ münaqişəsi və Cənubu Qafqaz regionunun təhlükəsizliyi” Haaqada

dagliq-qarabag-munaqisesi-ve-cenubu-qafqaz-regionunun-tehlukesizliyi-haaqada
Oxunma sayı: 640

Konqresdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Millət Vəkilləri Qənirə Paşayeva, Adil Əliyev, Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, birliyin idarə heyyətinin üzvlərindən Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev və Məcid Məmmədov və müxtəlif xarici ölkələrin hökümət nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” adlı kitab tədbir iştirakçılarına paylanılıb və Azərbaycan-Dağlıq Qarabağ həqiqətləri haqqında sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda Millət Vəkilləri Qənirə Paşayeva, Adil Əliyev və Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı “Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin təbliği istiqamətində apardıqları xidmətlərinə görə” Benelüks Azərbaycanlıları Konqresinin I-ci dərəcəli diplomu ilə təltif edilib.