“Dağlıq Qarabağda yetişdirilən narkotik bütün Avropaya daşınır” - Ziyafət Əsgərov

“Dağlıq Qarabağda yetişdirilən narkotik bütün Avropaya daşınır”
Oxunma sayı: 389

“Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğundan Azərbaycan mərkəzi hakimiyyəti ora nəzarət edə bilmir. Ona görə də orada narkotik vasitələrin yetişdirilməsi, qanunsuz dövriyyəsi, silah alveri tüğyan edir. İşğal altında olan Dağlıq Qarabağ ərazisindən narkotiklər bütün Avropa ərazisinə daşınır. Ermənilər narkotik vasitələrlə bütün Avropanı zəhərləyərək bu bəladan pul qazanırlar”.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, bunu Rusiya Dövlət Dumasında “Parlamentarlar narkotiklərə qarşı” adlı beynəlxalq konfransda iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, konfransın sonunda dünyanın bəlası olan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bəyanat qəbul olunacaq: “Sözsüz ki, bu bəyanatda konfrans iştirakçılarının narahat olduğu məsələlər öz əksini tapacaq. Əslində bəyanat qəbul etməklə iş bitmir. Lakin bütün hallarda biz bildiririk ki, bu narahatlığa son quyulsun. Bu məsələlərdə dövlətlər bir-birinə dəstək olmalıdırlar. Təəssüflər olsun ki. bəzən bir dövlətin dediyi ilə əməli uyğun gəlmir. Bir dövlət səmimi bu məsələni qoyur, digər dövlətlər isə ondan pul qazanırlar”.
 
Z. Əsgərov terrorçuluğun da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğunu nəzərə çatdırıb: “Terrorçuluğun əsas maliyyə mənbələrindən biri narkotiklərin satışından əldə olunan gəlirlərdir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Konfransda qoyulan əsas məsələlərdən birincisi dünya dövlətləri və parlamentlərinin bu problemə qarşı güclərini birləşdirməsidir”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi