Daha bir avtobus qəzası Neftçilərdə

daha-bir-avtobus-qezasi-neftcilerde
Oxunma sayı: 648

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 5-i saat 18 radələrində Neftçilər bazarı yaxınlığında 44 saylı xətt üzrə hərəkət edən 10 TG 521 dövlət nömrə nişanlı avtobus 1 saylı xətt üzrə hərəkət edən avtobusla toqqusdu.

Qəza zamanı ciddi xəsarət alan olmasa da, avtobusun şüşələrinin sınması sərnişinləri yaralayıb.

Faktla bağlı rayon yol polis şöbəsi əməkdaşları araşdırma aparır.