Daha bir avtobus qəzası- - Yenilənib+2 ölü, 11 yaralı+Video

daha-bir-avtobus-qezasi-
Oxunma sayı: 2635


"Qafqazinfo" xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.

Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.

Ölənlərdən birinin 7-8 yaşlı qız, digərinin isə 30-35 yaşlı kişi olduğu açıqlanıb. Məlumata görə, mikroavtobusun sürücüsünün vəziyyəti ağır qiymətləndirilir.    

***

Klinik Tibbi Mərkəzdən (KTM) APA-ya verilən məlumata görə, Bakı-Qazax yolunun 16-cı kilometrliyində baş verən qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 14 nəfər xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:

1994-cü il təvəllüdlü Abdulla Pəhləvan oğlu Abışov, 2007-ci il təvəllüdlü Yasər Səid oğlu Məmmədov, 1983-cü il təvəllüdlü Yulanə Abduləzim qızı Məmmədova, 1973-cü il təvəllüdlü Rafiq Kamran oğlu Səfərəliyev, 2009-cu il təvəllüdlü Saray Gülşad qızı Əsədova, 1989-cu il təvəllüdlü Vüsalə Abdulla qızı Əsədova, 1989-cu il təvəllüdlü Tural Şahsuvar oğlu Əsədov, 1989-cu il təvəllüdlü Heyran Məhəmməd qızı Məmmədova, 1965-ci il təvəllüdlü İmdad Azad oğlu Məmmədov, 1982-ci il təvəllüdlü Nurlan Soltan oğlu Sultanov, 2009-cu il təvəllüdlü Tural Mirabbas oğlu Əsədov, 1985-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Abdullayeva

KTM-dən həmçinin bildirilib ki, qəza zamanı xəstəxanaya gətirilən sərnişinlərin ikisinin adını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Qəza zamanı ölən şəxslərin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Qaradağ Rayon şöbəsinə yerləşdirilib. Şöbədən  verilən məlumata görə, qəza zamanı ölən iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.