Daha bir qəza Kürdəmirdə - 1 ölü

daha-bir-qeza-kurdemirde-1-olu
Oxunma sayı: 663

“Qafqazinfo”nun FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonu, Karrar kəndində Bakı-Qazax yolunun 158-ci kilometrliyində vətəndaşa məxsus "KAMAZ" markalı yanacaqdaşıyan avtomobil və "SHACMAN" markalı yük avtomobili toqquşub.

Nəticədə, "KAMAZ" markalı yük avtomobilinin sürücüsü hadisə yerində ölüb, digər avtomobilin sürücüsü yaralanıb və xəstəxanaya aparılıb.
Yanğınsöndürən-xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.