Nicat da uduzdu - Yenilənib

nicat-da-uduzdu
Oxunma sayı: 3586

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, ikinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək.

 Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər. 

Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Qadınlar
52 kq
1/32 final. Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)

Kişilər
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub. 

***

52 kq çəkidə çıxış edən Buyankişiq Purevsuren ilk görüşdə böyük britaniyalı Çelsi Gilzə uduzub. 

***

Nicat Şixəlizadə isə Misir idmançısı Məhəmməd Abdelmavquda ipponla qalib gələrək növbəti mərhələyə adlayıb. 

***

Nicat Şixəlizadə 1/16 finalda braziliyalı Daniel Karqninuya uduzaraq mübarizəni dayandırıb.