Daha iki rayonda tövlələr ot tayası ilə birgə yandı

daha-iki-rayonda-tovleler-ot-tayasi-ile-birge-yandi
Oxunma sayı: 928

Ağdaşdan sonra daha iki rayonda tövlədə yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün gecə saatlarında Şəkinin Cəfərabad kəndində ümumi sahəsi 180 m2 olan olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 98 m2 sahədə, içərisinə yığılmış 3 ton ot bağlaması və 800 kq ot tayası yanıb.

Yevlax rayonunun Gülövşə kəndində də ümumi sahəsi 100 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 80 m2 sahədə və çardağa yığılmış 500 kq ot bağlamasının 250 kq yanıb.

Hər iki yanğın söndürülüb.