DAK nümayəndə heyəti Bakıdadır

dak-numayende-heyeti-bakidadir
Oxunma sayı: 647

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qonaqların Bakıda olduğu günlərdə bir sıra konfranslar və görüşlərin keçirilməsi nəzərdə tutulub. Bu görüşlərdə İrandakı son durum və DAK-ın vəzifələri müzakirə ediləcək. Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş toplantıdan sonra media mənsubları və diplomatik korpusların nümayəndələri üçün geniş mətbuat konfransı keçiriləcək. Tədbirlər ilk olaraq oktyabrın 4-də saat 11:00-da Fəxri Xiyabana və Şəhidlər Xiyabanına əklillərin qoyulması ilə başlanılacaq.

Qeyd edək ki, Bakıda səfərdə olan qonaqlar DAK-ın digər həmsədri Firidun Pərvizniya, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK İdarə Heyətinin üzvləri – doktor Nurəddin Qərəvi, Məhəmməd Müştaq, Möhlət Hüseynov (DAK-ın Ukrayna nümayəndəliyinin sədri), Tahir Hacıyev (DAK-ın Rusiya nümayəndəliyinin sədri), Abuzər Bağırov, Oktay Hüseynov, DAK NTK sədrinin müavini Babək Tağızadə, DAK NTK-nın üzvləri Nadir Həsənov və Xaliq Ələsgərovdur.