Daşqınlar nəticəsində 16 nəfər ölüb

dasqinlar-neticesinde-16-nefer-olub
Oxunma sayı: 1260

İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən torpaq sürüşməsi və daşqınlar nəticəsində ölən və yaralananlar var.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, təbii fəlakət nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Ölüm halları Brebes və Purbalinq dairələrində qeydə alınıb.

Şənbə günündən başlayaraq hökumət orqanları axtarış əməliyyatlarını bərpa edib.