Dayə “Qəbələ”nin futbolçusunun evindən oğurluq edib? - Açıqlama

daye-qebelenin-futbolcusunun-evinden-ogurluq-edib
Oxunma sayı: 1058

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının evi qarət edilib. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Ukraynalı qolkiperin yaşadığı mənzildən oğurluq olub.

Futbolçunun evindən 5 min ABŞ dollarının oğurlandığı bildirilib.
 
Polisin araşdırması nəticəsində oğurluqda şübhəli bilinən N.M. saxlanılıb. Həmin qadın futbolçunun uşaqlarının dayəsi olub.

“Qafqazinfo”ya açıqlama verən ukraynalı qolkiper isə məlumatı təkzib edib. O bildirib ki, yayılan xəbərlər yalandır və belə hadisə baş verməyib: “Bilmirəm bu xəbərləri hardan çıxarırlar. Belə bir şey baş verməyib”.