Dəhşətli qəzayla bağlı- - Rəsmi məlumat

dehsetli-qezayla-bagli-
Oxunma sayı: 1232


“Qafqazinfo”nun nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonunda Bakı-Qazax yolunun 281-ci kilometrliyində "Ford" markalı mikroavtobus idarəetməni itirərək "Shacman" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı avtomobilin 7 nəfər sərnişini yaralı vəziyyətdə, 2 nəfər - 1 nəfər kimliyi məlum olmayan şəxs və 2012-ci il təvəllüdlü Fəridə Səxavət qızı Mehtiyevanın cəsədləri xilasedicilər çatana qədər xəstəxanaya aparılıb.

Avtomobilin sürücüsü yaralı vəziyyətdə və 1 nəfər kimliyi məlum olmayan şəxsin cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və kimliyi məlum olmayan şəxsin cəsədini avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.