Dələduzluqda ittiham olunan şəxs şərti cəza aldı

deleduzluqda-ittiham-olunan-sexs-serti-ceza-aldi
Oxunma sayı: 650

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cəlal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Hüseynova şərti cəza verilib.

Xatırladaq ki, M.Hüseynov 2015-ci ildə şübhəli şəxs kimi saxlanılıb. Onun barəsində polis nəzarətinə verilməklə başqa yerə getməmək haqda qərar çıxarılıb. 2016-cı ildə barəsində həbs-qətimkan tədbiri seçilib, 3 ay sonra isə ev dustaqlığına buraxılıb. Məhkəmə istintaqı dövründə də ev dustaqlığında olub. 

İttihama görə, C.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib.

O, birgə iş qurmaq və qazancı bölüşdürmək adı ilə Məhəmməd İbrahimovdan 73 min dollar, Mehdixan Həsənovdan 35 min dollar, Əhliman İsmayılovdan 42 min dollar, Faiq Quliyevdən 10 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alaraq mənimsəyib. C.Hüseynov həm də xaricdən maşın alıb gətirmək işi ilə məşğul olduğunu deyib. O, bu vədlə Saməddin İsayevdən 329 min dollar, Abdulla Fətullayevdən 100 min dollar, Faiq Əlizadədən 63 min dollar alıb və onlara bu işdən qazanc vəd etsə də, heç bir vədinə əməl etməyib. Həmçinin, Elvin Şahmuradov üçün "BMW X6" markalı avtomobil gətirmək adı ilə ondan 20 min dollar alıb.

C.Hüseynov istintaq dövründə zərərçəkənlərə dəyən ziyanı ödəyib. 

Murad Əhməd